12 Dekabr 2022 10:45
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Dekabrın 10-da saat 18 radələrində Yevlax rayonunun Hürüuşağı kəndi ərazisində Mingəçevir şəhər sakini Z.Əliyevin idarə etdiyi “Opel” və Bakı şəhər sakini C.Həşimovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Z.Əliyevin orada ölüb.

Dekabrın 11-də saat 13 radələrində Goranboy rayonunun Səfikürd kəndi ərazisində rayon sakini İ.Zeynalovun idarə etdiyi “Geely” və Samux rayon sakini D.Məmmədovun idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-21099” markalı avtomobildə olan sərnişin P.Rəhimli hadisə yerində ölüb.

Dekabrın 11-də saat 19 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Novxanı qəsəbə sakini İ.Pirverdiyevin idarə etdiyi “VAZ-2107” və Zəngilan rayon sakini İ.Cavadovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə xəsarət alan İ.Cavadov xəstəxanaya aparılarkən ölüb.

Dekabrın 11-də saat 20 radələrində Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində rayon sakini B.Əsgərzadə idarə etdiyi “VAZ-21154” markalı avtomobili qarşıda gedən Göygöl rayon sakini A.Abbasovun idarə etdiyi “KamAZ” markalı yarımqoşqulu yük avtomobilinə vurub. Nəticədə “VAZ-21154” markalı avtomobildə olan sərnişin, Şirvan şəhər sakini A.Abuzərli hadisə yerində ölüb.

Dekabrın 12-də saat 1 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində Biləsuvar rayon sakini Z.Mustafayev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini M.Tarverdiyevanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər