13 Dekabr 2022 15:33
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Qubada qadının evinə qumbara atılması barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, quba rayon sakini N.Məmmədova DİN-in "102" Xidməti Zəng Mərkəzinə məlumat verərək bildirib ki, tanışı Orxan adlı şəxs onun yaşadığı ünvana gəlib və aralarında yaranmış mübahisə zamanı təlim üçün nəzərdə tutulmuş partlayıcı xüsusiyyətləri olmayan qumbaranı qorxutmaq məqsədi ilə onun evinə ataraq həmin yerdən uzaqlaşıb.

Heç bir partlayış hadisəsi baş verməyib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayon sakini Orxan Ağalı saxlanılıb.

Hazırda faktla bağlı Quba rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır.

***

12.26

Dekabrın 12-də Quba şəhər sakini olan bir qadının evinə qumbara atılması və həmin şəxsin “Toyota” markalı avtomobillə oradan uzaqlaşması barədə polisə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, hadisə yerindən 1 ədəd təlim qumbarası aşkar olunaraq götürülüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş O.Ağalı Sumqayıt şəhəri ərazisində “Toyota” markalı avtomobildə saxlanılıb.

Faktla bağlı Quba rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov