Moskvada paytaxtın Mənzil-kommunal təsərrüfatı departamentinin rəis müavini Pavel Kalturin döyülüb.
Teleqraf.com rus mediasına istinadla xəbər verir ki, hadisə dekabrın 17-nə keçən gecə baş verib.
32 yaşlı rəis müavini naməlum şəxsin ona hücumu ilə bağlı polisə müraciət edib.
Kalturin bildirib ki, hücum edən şəxs heç bir izahat vermədən onun üzünə bir neçə zərbə endirib.
Məmur gecə yarısı kabinetindən çıxaraq xidməti avtomobilinə tərəf gedərkən naməlum kişi onu çağırıb, sonra qaçaraq onu vurub. İdarə rəisinin müavini zərbələrindən səkiyə yıxılıb.
Təcavüzkar Kalturinə sakit həyat verməyəcəyi ilə hədələyib.