Bakıda yaşayış evində yanğın olub.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Belə ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi 85A ünvanında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində genişlənməsinə imkan verillmədən qısa müddətdə alovun qarşısı alınıb.