Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir nəfər ifşa olunub.
Teleqraf.com xəbər verir ki, “Mercedes” markalı, 99-UH-107 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Rəşad Həsənov Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən yoxlama-nəzarət qaydasında saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı sürücü R.Həsənovun hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçməsi təmin olunub və müayinə zamanı onun narkotik maddə qəbul etməsi müəyyən edilib.
R.Həsənovun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə R.Həsənov nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.
***
10.10
Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında yük avtomobili idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.
Teleqraf.com xəbər verir ki, Masallı rayon sakini Raqib Ağayevin idarə etdiyi “DAF” markalı, 99-KE-047 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi stasionar postda Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmət Bölüyünün əməkdaşları tərəfindən manevr etmə qaydasını pozduğu üçün saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Ağayevin narkotik maddə qəbul etməsi müəyyən edilib.
R.Ağayevin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə R.Ağayev inzibati qaydada həbs edilib.