5 Yanvar 2023 11:48
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fərdi yaşayış evindən qızıl-zinət əşyaları və nəğd pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayonun Çəmənli kəndində yerləşən fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum edilmiş Zahid Sədiyev saxlanılıb.

Araşdırmalarla onun 3960 manat dəyərində qızıl-zinət əşyaları və 1000 manat nəğd pul oğurladığı müəyyən olunub.

Z.Sədiyev dindirilərkən ələ keçirdiyi məbləği Bakı şəhərində öz əyləncəsinə xərclədiyini etiraf edib.

Onun barəsində Bərdə rayon polis şöbəsində cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov