10 Yanvar 2023 10:40
400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yanvarın 8-də saat 14 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində dövlət qeydiyyat nişanının üzərinə örtük çəkilən “Mercedes” markalı avtomobil saxlanılıb.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşları tərəfindən sürücü, Bərdə rayon sakini Şamxal Qasımovun narkotik vasitənin təsiri altında olması müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 342.9, 327.3, 334.3 və 511-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

Qaradağ rayon məhkəməsinin qərarına əsasən Ş.Qasımov 20 gün müddətinə inzibati qaydada həbs olunub.


Müəllif: Hacı Zeynalov