23 Dekabr 2014 13:15
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzinə indiyədək 50-ə yaxın müraciət daxil olub.

Teleqraf.com-un məlumatına görə, “Seçkilər” İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, bu müraciətlər sosial şəbəkələr, MSK-nın “qaynar xətt”inə zənglər və başqa vasitələrlə olub. Müraciətlər əsasən, seçki məntəqələrinin ünvanlarının öyrənilməsi üçün edilib. İndiyədək qanun pozuntuları ilə bağlı MSK-ya müraciət daxil olmayıb.

Qeyd edək ki, seçkilərdə 1607 bələdiyyə üzrə 15 min 35 bələdiyyə üzvlüyünə 37 min 77 namizəd iştirak edir. 13 min 907 nəfər səkkiz siyasi partiya tərəfindən, 23 min 61 nəfər fərdi qaydada, 109 nəfər isə təşəbbüs qrupu tərəfindən namizəd irəli sürülüb. Seçkiyə qatılanlardan 18 min 284 nəfər namizəd bitərəfdir. Namizədlər arasında 30 siyasi partiyanın təmsilçiləri var. Ümumilikdə, 4 milyon 819 min 382 seçici 5 min 15 məntəqədə səs verir. Ölkədə 118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb ki, bu da məntəqələrin 20 faizini təşkil edir. Səsvermə məntəqələri saat 08:00-da açılıb, 19:00-da isə bağlanacaq.

Xatırladaq ki, MSK gün ərzində daha 4 dəfə - 12:00, 15:00, 17:00 və 19:00-da seçicilərin səsvermədə iştirakı ilə bağlı məlumat verəcək.

Onu da bildirək ki, seçkiləri izləmək üçün isə 55 551 yerli seçki müşahidəçisi qeydə alınıb. MDB Parlamentlərarası Assambleyasının Parlamentarizmin İnkişafı və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun da 6 nümayəndəsi müşahidəçi kimi akkreditasiyadan keçib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər