3 Fevral 2023 10:34
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 2-də saat 12 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini İlqar Məcidovun idarə etdiyi “JMC” markalı avtomobil manevr qaydalarını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Teleqraf.com xəbər verir ki, sürücünün narkotik vasitənin təsiri altında olması müəyyən olunduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə protokol tərtib olunub.

Abşeron rayon məhkəməsinin qərarı ilə İ.Məcidov 2 il müddətində sürücülük hüququndan məhrum edilməklə 5 gün müddətinə inzibati qaydada həbs olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər