3 Fevral 2023 19:05
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yanğın olub.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonunda hər birinin sahəsi 8 m² olan bir-birinə bitişik taxta və plastik materiallardan tikilən 2 ədəd otağın yanar konstruksiyaları 13 m² sahədə, yaxınlıqda hasarın taxtadan ibarət üzlüyü 8 m² sahədə yanıb. Otağın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com