6 Fevral 2023 07:49
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Şanlıurfa şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə şəhərin valisi Salih Ayhan məlumat verib.

Onun sözlərinə görə, yaralananların sayı 30-dur.

***

Türkiyənin Şanlıurfa şəhərində zəlzələdən azı 10 nəfərin öldüyü bildirilib.

Bu barədə şəhərin valisi Salih Ayhan açıqlama verib.

“İlkin məlumata görə, 16 bina dağılıb. 10 vətəndaş ölüb. Vətəndaşları yolları xilasedicilər üçün boşaltmağa çağırırıq”, - o vurğulayıb.

***

Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Təbiət hadisəsi paytaxt Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.


Müəllif: Teleqraf.com