Dekabrın 24-də Ali Məhkəmənin Plenumu keçirilib.
Bu barədə Teleqraf.com-a Ali Məhkəmədən məlumat verilib.
Məlumata görə, plenumda “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda və “Məhkəmə - Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verilməsi haqqında qərar qəbul edilib.
Hacı Zeynalov