Bakının Nəsimi rayonunda oğul anasını döyüb.
Teleqraf.com xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.
1957-ci il təvəllüdlü Mustafayeva Afizər Yunis qızı yaşadığı evdə oğlunun işgəncəsinə məruz qalıb.
Oğlu onu ağac ilə döyüb.
Yaralı qonşuların köməkliyi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
A.Mustafayevaya qapalı kəllə-beyin travması, alın nahiyyəsinin açıq yarası və burun sümüklərinin yer dəyişən sınığı diaqnozu qoyulub.
Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.