16 Fevral 2023 14:37
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayon sakini Sahilə Əsədovanın ötən il iyulun 8-də Bərdə Diaqnostika Mərkəzində ölməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə Teleqraf.com-a Bərdə rayon Prokurorluğundan bildirilib.

İstintaqın gedişində Sahilə Əsədovanın ölümünün cərrahiyyə əməliyyatı zamanı həkim səhvindən baş verməsinə əsaslı şübhələr müəyyən edilib.

Həkim ümumi-cərrah vəzifəsində işləyən Teymur Əlləzova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bərdə rayon məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov