20 Fevral 2023 15:49
346
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai fəal Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustqalığı ilə əvəz olunması ilə bağlı vəsatətin təmin edilməməsi qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması barədə vəkilləri tərəfindən verilən apellyasiya şikayəti üzrə qərar elan olunub.

Qərara görə, şikayət təmin edilməyib.

Qeyd edək ki, fevralın 14-də Xətai rayon Məhkəməsi Bəxtiyar Hacıyevin vəkilləri tərəfindən verilən vəsait təmin etməyib.

Yanvarın 21-də Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 28 fevral 2023-cü il tarixinədək uzadılıb.

Qeyd edək ki, ötən ilin dekabrın 9-da Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

Bəxtiyar Hacıyevin barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi başlanıb.

Daha sonra ona əlavə olaraq Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələri ilə ittiham verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər