Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq “Makarov” gəzdirən şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.
Tədbir zamanı paytaxt sakini Vüsal Əliyev tutularaq istintaqa təqdim edilib. Ondan 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib.
Vüsal Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı 4-cü polis şöbəsində toplanan materiallar Binəqədi rayon Polis İdarəsinə göndərilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.