26 Fevral 2023 01:21
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yol-nəqliyyat qəzası baş verib, 2 nəfər xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, həmin şəxslər 1963-cü il təvəllüdlü Azad Mehdiyev və 1968-ci il təvəllüdlü Müşfiq Əsgərov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağır və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com