26 Fevral 2023 18:07
319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayət xarakterli hadisələrin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirlər keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Keçirilən tədbirlər nəticəsində 6 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri aşkarlanaraq götürülüb.

Həmin silahlar ekspertizaya göndərilib və sahibləri barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər