7 Mart 2023 11:13
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda yerləşən ödəmə terminallarından birindən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, naməlum şəxs terminalı sındıraraq oradan 29 min manata yaxın pulu ələ keçirib.

Həmin şəxsin oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib.

Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rəşad Süleymanov müəyyən edilərək saxlanılıb.

Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir.

Rəşad Süleymanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər