Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov vəfat edib.
Teleqraf.com xəbər verir ki, o, bu gün səhər saatlarında 59 yaşında ürəktutmadan dünyasını dəyişib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Mehman Sadıqovun vəfat etməsini təsdiqləyiblər. Bildirilib ki, 1963-cü il təvəllüdlü Mehman Sadıqov səhər saatlarında qəflətən dünyasını dəyişib.