Goranboyda 22 yaşlı qadın dəm qazından zəhərlənib.
Teleqraf.com xəbər verir ki, hadisə Rəhimli kəndi ərazisində baş verib.
2001-ci il təvəllüdlü kənd sakini Ceyhunə Nəsibova yaşadığı evdə dəm qazından zəhərlənib.
Ağır durumda olan qadın təcili xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.