22 Mart 2023 19:14
3 977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Az öncə Saray qəsəbəsində tanınmış prodüsser Oqtay Əliyev və onun xanımı, aktrisa Dilarə Əliyeva dəhşətli qəzaya düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıb.

Belə ki, Oqtay Əliyevin idarə etdiyi “Toyota Leksus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Qəza nəticəsində O.Əliyev dünyasını dəyişib.

Həmçinin avtomobildə olan xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.


Müəllif: Mənbə/Axar.az