7 Aprel 2023 10:03
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboyda iki ailə arasında silahlı münaqişə baş verib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Xocalı rayon polis şöbəsinə Goranboy rayon Börü qəsəbəsində 1 nəfərin odlu silahdan atəş açması barədə informasiya daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib və silahlı şəxs tərk-silah edilib.

İlkin araşdırmalar zamanı məlum olub ki 1962-ci il təvəllüdlü Mətləb Məmmədov, onun övladları 1993-cü il təvəllüdlü Surət Məmmədov, 1998-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Samir Məmmədov və Mətləb Məmmədovun həyat yoldaşı 1966-cı il təvəllüdlü Ş. Əliyeva 2006-cı il təvəllüdlü A. Yunislinin evinə gələrək orada sonuncunun özü və ailə üzvləri ilə münaqişə edib, Surət Məmmədov avtomobildə olan ov tüfəngindən havaya atəş açıb.

Hadisə nəticəsində odlu silahdan deyil, əlbəyaxa münaqişə nəticəsində bur neçə nəfər xəstəxanaya müraciət edib, onların vəziyyəti normaldır. Mətləb Məmmədov, Surət Məmmədov və Samir Məmmədov saxlanılıb.

Faktla bağlı Xocalı rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər