Samux rayonunda keçmiş məhkumda narkotik aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.
Samux rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Goranboy rayon sakini Mircalal İbrahimov saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan “metamfetamin” aşkar edilib.
Dindirilmə zamanı saxlanılan şəxs narkotik maddəsni İran vətəndaşından aldığını etiraf edib. Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.