Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində bir qadının “Dodge” markalı avtomobilində 2 azyaşlı nəvəsinin 2 ədəd telefon və 2 ədəd planşetlərini soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Laçın rayon sakini Hikmət Şahverdiyev saxlanılıb.
Məlum olub ki, Hikmət Şahverdiyev əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunub.
Faktla əlaqədar cinayət işi başlanılıb.