10 May 2023 13:00
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 10-də saat 12:30 radələrində paytaxtın Sabunçu rayonunda evlərin birində 1983-cü il təvəllüdlü Quliyeva Sevinc Fəxrəddin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevanın həyat yoldaşı 1977-ci il təvəllüdlü Zöhrab Quliyev Quləli oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. O, polisə könüllü gəlib.

İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov