Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 40 m² olan obyektin (dönərxana kimi fəaliyyət göstərir) tüstü bacasında yağ qalıqları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a bildirilib ki, obyekt yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan əlavə, Gəncə şəhərində ümumi sahəsi 88 m² olan birmərtəbəli obyektin (dönərxana kimi fəaliyyət göstərir) mətbəxində 1 ədəd kondisioner, 1 ədəd qaz sobası, 1 ədəd toster aparatı qismən və mətbəx mebeli 2 p.m yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.