İyunun 1-i saat 23:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a bildirilib ki, Daşkəsən, Göygöl, Gədəbəy, Naftalan, Şəmkir, Qəbələ, Balakən, Zaqatala, Qax, İsmayıllı, Quba, Xaltan, Qrız, Kürdəmir, Neftçalada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Yağan yağışlarla əlaqədar bəzi çaylarda sululuq artıb.