6 İyun 2023 08:57
370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Məzəm kənd ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Ümumi çəkisi 5 tondan çox olan, 12500 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Müəllif: Hacı Zeynalov