7 İyun 2023 19:09
320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə qocalar evində yanğın olub.

Teleqraf.com xəbər verir ki, Gəncədə fəaliyyəti dayanan qocalar evində yanğın olub. Hadisə Poçt qəsəbəsində baş verib. Bir müddətdir fəaliyyəti dayanan qocalar evinin ikinci mərtəbəsində divan və qapı hissəsi yanıb. Hadisə yerinə 4 yanğın söndürən maşın cəlb olunub və alov söndürülüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Gəncə şəhərində yerləşən 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin direktoru müavini Əlzamin İsgəndərov hadisə ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, yanğın zamanı xəsarət alan olmayıb

"Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın binanın üçüncü mərtəbəsində baş verib. Həmin vaxt binada 73 xəstə olub. Kimsə xəsarət almayıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub və yanğın söndürülüb. Hazırda müəssisə fəaliyyətini davam etdirir" - deyə Ə.İsgəndərov bildirib


Müəllif: Teleqraf.com