Ötən gecə saatlarında Mingəçevir şəhəri ərazisində şəhər sakinləri – 2000-ci il təvəllüdlü Süleyman Fərzəliyev və Samir Zeynalov və onun qardaşı Seymur arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Mübahisə nəticəsində hər üç şəxs bıçaq xəsarətləri alıb.
Tərəflərin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub və faktla bağlı Mingəçevir şəhər polis şöbəsində zəruri istintaq hərəkətləri davam etdirilir.