17 İyun 2023 20:55
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını kobud və davamlı şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən xəbərə görə, yol polisi əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilməsinə baxmayaraq, avtomobilə konstruksiya dəyişikliyi edərək yol hərəkəti qaydalarını nümayişkaranə şəkildə pozduqları, digər hərəkət iştirakçılarına təhlükə yaratdıqları aşkarlanıb:

“Sözügedən şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb. Həmin şəxslərdən bir neçəsinin daha əvvəl də anoloji inzibati xəta törədərək məsuliyyətə cəlb olunduğu müəyən edilib. Nəqliyyat vasitələrini idarə edən şəxslərin əksəriyyətinin Vətən Müharibəsi iştirakçıları, qazilər olması isə təəssüf doğuran haldır.”-deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, saxlanılan sürücülərə eyni əmələ görə dəfələrlə xəbərdarlıq edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər