7 Yanvar 2015 16:16
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərəb Dövlətləri Liqasının (ƏDL) 2001-2011-ci illərdə baş katibi olmuş tanınmış misirli diplomat Əmr Musa bu ilin aprel ayında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun Bakıda təşkil edəcəyi III Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak edəcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Qahirədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin katibliyi ilə keçirilən görüşdə diplomat Ə.Musa Azərbaycanda “Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr olunmuş beynəlxalq forumun keçirilməsinin önəmini vurğulayıb. Ə.Musa bildirib ki, xüsusilə dünyanın ən nüfuzlu siyasətçilərinin iştirakı toplantının qlobal əhəmiyyətini daha da artırır.

Qeyd edək ki, ərəb dünyasının nüfuzlu siyasi xadimlərindən sayılan Ə.Musa 1991-2001-ci illərdə Misir Ərəb Respublikasının xarici işlər naziri vəzifəsində çalışıb. Ə.Musa 2013-cü ildə prezidentliyə namizəd olub, sonradan isə Misir Konstitusiyasına dəyişiklik komissiyasının rəhbəri təyin edilib. Ərəb diplomat müxtəlif illərdə Misirin İsveçdə, Hindistanda fövqəladə və səlahiyyətli səfiri, həmçinin BMT-dəki daimi nümayəndəliyinin rəhbəri olub.

Səxavət


Müəllif:

Oxşar xəbərlər