20 İyun 2023 11:17
321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Araşdırmalar zamanı məlum olub ki, Gəncə şəhər sakini Xəyyam Qasımov sosisal şəbəkələr üzərindən İran vətəndaşından Gəncə şəhəri ərazisində gizlədilən narkotik vasitəni pul qarşılığında Qazax rayonuna aparmağa razılaşıb.

Həmin şəxs Gəncə şəhərində saxlanılaraq Baş Polis İdarəsinə gətirilən zaman əlindəki çantadan ümumi çəkisi 15 kq 530 qram narkotik maddə olan “heroin” və aşkarlanarq götürülüb.

Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Fakla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər