Gəncədə evdən meyit aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Şeyx Bahəddin küçəsində yerləşən evlərin birin qeydə alınıb. Həmin ünvanda yaşayan 1986-cı il təvəllüdlü Abbasov Natiq Şakir oğlunun meyti aşkarlanıb.
Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.