17 İyul 2023 17:03
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyul ayının 17-də Kəlbəcər rayon polis şöbəsinə rayonun Çayqovuşan kənd sakini, 1978-ci il təvəllüdlü İmaməddin Hümbətovun Göygöl rayon ərazisində itkin düşməsi barədə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Kəlbəcər və Göygöl rayon polis şöbələrinin əməkdaşlarının birgə keçirdikləri axtarış tədbirləri nəticəsində İ. Hümbətovun cəsədi Göygöl rayon ərazisindəki göllərin birində aşkarlanıb.

Hadisə yerinə Prokurorluğun əməkdaşları cəlb olunub.

İlkin ehtimala görə mərhum intihar edib.

Faktla bağlı araşdırmalar davam etdirilir


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər