Ukrayna avantürasına görə bu il Rusiya prezidenti Vladimir Putin üçün çətin olacaq. Artıq ruslar da bu böhranın sosial və iqtisadi baxımdan nə ilə nəticələnəcyini anlamağa başlayırlar.
Teleqraf.com xəbər verir ki, bu fikirlər Forbes.com saytında jurnalist Pol Roderik Qreqorinin “2015-ci ildə Putin və onun rejimi üçün dönüş olacaqmı?” məqaləsində yer alıb.
Müəllif yazır ki, Putin artıq “artım və çiçəklənməni təmin etmək” ilə bağlı vədini pozub: “O, Ukraynanı itirib və Rusiyanı atılmış ölkəyə çevirib. Neftin ucuzlaşmasından daha çox sanksiyalar Rusiyada həyat səviyyəsini azaldıb, inflyasiya isə 2 dəfə artıb. Putin Ukrayna məsələsi ilə ölkəsində mövcud rejimin dəyişdirilməsi üçün imkan yaradıb. Burada ABŞ prezidenti Barak Obamanın sualı xatırlanır: “Bu vəziyyətdən sonra Putini doğurdanmı ağıllı adlandırmaq olar?”
Müəllif yazır ki, Putin millitçilik macəralarından istifadə edərək rusların diqqətini öz uğursuzluğundan və korrupsiyadan yayındırmağa çalışır: “Bu vəziyyət isə Rusiyanın 2008-ci ildə Gürcüstana hücumu ilə başlayıb. Daha sonra Krımı zorla ilhaq edən və Ukraynada gizli müharibə aparan Putin bununla da kifayətlənmədi. O, münaqişə bölgəsinin sərhədlərini “Rus dünyası”na kimi genişləndirməyə və lazım gəldikdə nüvə silahından istifadə ediləcəyinə söz verdi. 6 il müddətində Kreml yeni növ hibrid müharibəsinin aparılması planını hazırlayıb.
Çətin vəziyyətə düşən Qərb 21-ci əsrə xas olan davranışlardan yaxa qurtarmaq üçün iqtisadi sanksiyalar, beynəlxalq təcrid və ən pis halda Ukraynaya hərbi yardım edilməsi qərarına gəldi. Bütün cəhdlərə baxmayaraq, Qərb indi də danışıqlar yolu ilə münaqişənin həll olunacağına ümid edir. Əgər təslim olmaq istəmirlərsə, onlar uzun müddət gözləməli olacaqlar».
Müəllif Ukraynada 15-20 min rus əsgərinin ölməsi və yaralanmasının onların valideynlərindən və cəmiyyətdən gizlədildiyini bildirir: “Putin and içir ki, bu şəxslər ya könüllülər sırasında döyüşərkən, ya da ki bədbəxt hadisə nəticəsində ölüblər. Əsgər anaları bilir ki, bu belə deyil. Rusiyada yalnız hər yeddi ailədən biri övladının Ukraynada vuruşmasına razıdır.
Bir məsələ də həqiqətdir ki, Putin Ukraynanı itirib. O, ukraynalıların beynini və ürəyini ala bilmədi. Putin sanksiyaların və neft qiymətlərinin aşağı enməsinin Rusiyaya heç bir təsir etməyəcəyini bildirir. Ancaq indi rus xalqı aşağı həyat səviyyəsi və inflyasiyadan əziyyət çəkir. Hazırki vəziyyət Putinin yalan vədlər verdiyini açıq-aşkar göstərir. Bu, Putinin xalq arasında nüfuzunun aşağı düşməsi ilə nəticələnib”.
Samir