18 İyul 2023 08:15
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 17-si saat 21:25-dən iyulun 18-i saat 00:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Dəvəli rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Teleqraf.com-a Müdafiə nazirliyindən məlumat verilib.

Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər