18 İyul 2023 08:54
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkotik tərkibli bitkilərin kultivasiyasının qarşısının alınması istiqamətində əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayonun Bum qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elnur Eyyubov şübhəli şəxs kimi saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətyanı sahəsindəki yarımçıq tikilidən və bostan bitkilərinin becərildiyi dirrikdən E.Eyyubov tərəfindən xüsusi aqrotexniki qulluq göstərməklə yetişdirilən, ümumi çəkisi 20 kiloqrama yaxın çətənə kolları aşkar edilib.

Aşkar edilən narkotik tərkibli bitkilər kökündən çıxarılaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs ifadəsində çətənə kollarını bir neçə ay bundan öncə becərdiyini və xüsusi qulluq göstərdiyini etiraf edib.

Faktla bağlı Qəbələ rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

E.Eyyubovun ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov