9 Yanvar 2015 15:42
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2014-cü ildə əldə etdiyimiz nailiyyətlər miqyasına görə böyükdür. 2014-cü il, həm də bu il I Avropa Oyunlarına Azərbaycanın böyük hazırlıq işləri və nəhəng idman infrastrukturu layihələrinin həyata keçirilməsi ilə yadda qaldı”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, ötən il ərzində idmançılarımız beynəlxalq yarışlarda zəfər qazanıb, eləcə də “Qarabağ” futbol klubu Avropa Liqasında uğurlu çıxış edib.

“Keçən il Ali Baş Komandanın rəhbərliyi ilə orduda ciddi dəyişikliklər və döyüş ruhunun yüksəldilməsi ilə bağlı bir sıra tədbirlər keçirildi. İl ərzində Azərbaycan Silahlı Qüvvələri keçirilən irimiqyaslı təlimlərlə diqqəti çəkdi. Eyni zamanda, 2014-cü il Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə uğurlu rəhbərliyi, Milli Məclisin ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyasına yüksək səviyyədə ev sahibliyi ilə də yadda qaldı” – deyə, R.Əliyev qeyd edib.

Səxavət


Müəllif: