Ağstafada bədbəxt hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Eynallı kəndində qeydə alınıb.
Kənd sakini, 1971-ci il təvəllüdlü Qabil İmamverdiyev bədənin III - IV dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstəyə tibbi yardım göstərilib.
Məlumata görə, Qabil İmamverdiyev yaşadığı evdə çardaq düzəldən zaman qaynaq aparatı partlayıb.
Nəticədə onun ayağının biri qopub.