Bu gün dənizdə batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd edilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Görədil”, “Astara”, “Qızılqum”, sularda xilasetmə məntəqəsinin ərazisində, "Şirvan", “Şüvəlan” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) və Buzovna ictimai çimərliyin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub.