10 Avqust 2023 01:11
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda dənizdə bir nəfər boğulub.

Teleqraf.com xəbər verir ki, Lənkəran rayonunun Sütəmurdov kəndində nəzarətsiz çimərlikdə Cəlilabad rayon sakini, 2007-ci il təvəllüdlü Nuran Əlafət oğlu Əmirov batmaq təhlükəsi ilə üzləşib.

Yeniyetmə ətrafdakıların köməyi ilə sudan çıxarılıb. Hadisə yerinə Təcili Tibbi yardım briqadası cəlb olunub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər