Sumqayıt Şəhər Prokurorluğu sumqayıtdakı kütləvi zəhərlənmə faktı ilə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, avqustun 16-da Sumqayıt şəhərində yerləşən sexlərdən birində işləyən 11 nəfərin zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına müraciət etmələri barədə şəhər prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı həmin şəxslərin həşərat əleyhinə dərman preparatından zəhərlənməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına bu gün saat 10:10-da 12 nəfər zəhərlənmə halı ilə bağlı müraciət edib. Zəhərlənənlərdən 6 nəfəri qadın, 6 nəfəri kişi olub. Sonradan onlardan 9-u abulator müalicə üçün evə buraxılıb.