12 Yanvar 2015 16:36
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkədə Musavat qarşıdurması

Müsavat Partiyasının rəhbərliyi ilə partiya sıralarını tərk edən Hikmət Hacızadə arasında sosial şəbəkədə “müharibə” gedir.

Teleqraf.com-un xəbərinə görə, buna səbəb Hacızadənin tənqidi statuslar yazması, Müsavat tərəfindən “düşmən” elan edilən Səxavət Əlisoyu açıq dəstəkləməsidir.

H. Hacızadə bu gün facebook.com da Julian Asanc, Edvard Snovden və Səxavət Əlisoyun fotolarını paylaşaraq, “XXI əsrin İfadə Azadligı pələngləri!” sözlərindən ibarət status yazıb. Beləliklə də, Müsavatın sabiq üzvü Əlisoyu Müsavatla münasibətlərlər prizmasında ifadə azadlığı pələng elan edib. Bu isə müsavatçıların ciddi narazılığına və hətta aqressiyasına səbəb olub. Turan-turan adlı profil istifadəçisi (saxta profilin partiya rəhbərliyində təmsil olunan şəxsin olduğu deyilir ) buna görə, Hacızadəyə "bambılı" deyib və onu dostluqdan silib. Hacızadə isə onu nalayiq söyüşə qonaq edərək uğurlar arzulayıb.

Partiya sədrinin müşaviri Azər İsmayıl isə Hacızadəyə xəbərdarlıq edərək bildirib ki, əgər o, söyüş məsələsində S.Əlisoydan və özündən kənara çıxsa, Hacızadənin yeddi arxasını yad edəsi olacaq. Müşavir Hacızadəni riyakarlıqda da günahlandırıb.

Hikmət Hacızadə isə deyib ki, onun dedikləri olduqca sadədir: “Söyüşləri qətiyyən pisləyirəm və tərbiyəsizlik sayıram: "Amma əfsuslar olsun ki, söyüşsüz heç bir ictimai disskusiya ötüşmür. Söyüşə görə cəza olsa, müzakirələr sönər və demokratik idarə mexanizmi işləməz. Bunu başa düşmək çətindir? Bu qayda Avropa məhkəmələrinin qərarlarındandır və indi Azərbaycana da aiddir".

Müsavatçı Eldəniz Yusibov isə partiya üzvlərini Hacızadəni başa düşməyə dəvət edib: “Dostlar Hikmət Hacızadənin üzərinə çox getməyin. Belə hallara tibbdə çox rast gəlinir. İnsan yaşlaşdıqca əqli problemləri çoxalır. Hikmət bəyin 59 yaşına qədər və ondan sonrakı fəaliyyətinə nəzər salın, hər şey aydın olacaq”.

Hacızadə isə Eldəniz Yusibova xəbərdarlıq edib: “ Eldəniz bəy, kobud olma. Mən də bunu bacararam və mən başlasam peşman olacaqsan. Mən burada sənin də yaşadığın Avropanın qanunvericiliyindən danışıram. Anlamaq məyər belə çətindir?”

Xatırladaq ki, dünən də sosial şəbəkədə Hikmət Hacızadə ilə Müsavatın başqan müavini Səxavət Soltan arasında ciddi söz atışması olub. Buna səbəb Hacızadənin Müsavatdakı özgür fikrə, ifadə azadlığına olan münasibətləri terrorçuların peyğənbərin karikaturasına reaksiyası ilə eyniləşdirməsi, başqa sözlə, Müsavatda baş verənlərlə Paris terroru arasında müqayisə aparması olub. Həmin müzakirələr zamanı da Azad Türk adlı profil istifadəçisi Hacızadəni tənqid edib, onu partiyaya qarşı qərəzli olmaqda ittiham edib. Hikmət Hacızadə isə bu profilin altında Müsavat başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəylinin gizləndiyini yazıb. Həmin profil istifadəçisi isə Vaqif olduğunu (Vaqif Hacıbəyli) deyib. Bu zaman da Hacızadə ona “otvali” deyə cavab yazıb.

Cavidan


Müəllif:

Oxşar xəbərlər