12 Yanvar 2015 23:03
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-ci ilin ən yaxşı kişi və qadın komandasının məşqçisi müəyyənləşib.

Teleqraf.com məlumatına görə, bu gün İsveçrənin Surix şəhərində keçirilən səsvermədə Almaniya millisinin çalışdırıcısı Yoahim Löv ötən ilin ən güclü məşqçisi seçilib.

Namizədlər arasında Y.Lövlə yanaşı, Karlo Ançelotti ("Real") və Dieqo Simeone ("Atletiko") var idi.

Y.Löv ötən il Almaniya millisi ilə "DÇ-2014"ün kubokunu qazanıb.

Qadın futbolunda ötən ilin ən yaxşı baş məşqçisi adına isə "Volfsburq"un çalışdırıcısı Nadin Kessler layiq görülüb. O, ötən il komandası ilə Almaniya liqası və Almaniya kubokunu qazanıb.


Müəllif: