Tərtər şəhərinin Nizami küçəsində yaşayan şəhid ailəsi Vəfa Aslanova polis şöbəsinə müraciət edərək bildirib ki, mənzildə olmadığı vaxt onun evindən naməlum şəxs pul və qızıl zinət əşyaları, bank kartı və müxtəlif sənədlər oğurlayıb.
Teleqraf.com xəbər verir ki, Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağcabədi rayon Sarıcalı kənd sakini Əhmədov Rabil Aqil oğlu tutularaq istintaqa cəlb olunub.
Oğurlanan əşyalar, pul və sənədlər tapılaraq Aslanovlar ailəsinə təhvil verilib. Faktla bağlı Tərtər rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.
Qeyd edək ki, Vəfa Aslanova 44 günlük Vətən müharibəsinin şəhidi Yasən Mehtiyevin anasıdır.