Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 240 m² olan ikimərtəbəli, 8 otaqlı, mansarda tipli evin 1-ci mərtəbəsində sahəsi 8 m² olan otağın (mağaza kimi fəaliyyət göstərir) içərisində 5 m² sahədə ərzaq malları, 1 ədəd stol və 1 ədəd soyuducu qismən yanıb.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.