26 Sentyabr 2023 12:39
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər sakini olan qadının bank kartından hesabdakı 2000 manatını oğurlanıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 7-də Bakı şəhər sakini olan qadının bank kartından hesabındakı 2000 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ə.Şərifov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov