15 Yanvar 2015 14:41
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq Tarif Şurasının iclasında “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” şuranın 12 yanvar tarixli qərarının ləğv edilməsi çox təqdirəlayiq haldır”.

Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, benzin və dizelin qiymətinin qalxmasında sonra cəmiyyətdə narahatlıq yaranmışdı. Onun sözlərinə görə, bu narahatlıqdan müəyyən dairələr istifadə etməyə çalışırdı.

“Amma bu qərar prezidentin əhalinin sosial müdafiəsinə göstərdiyi diqqətin nümunəsidir. Xalqımız inanır ki, Azərbaycan dövləti hər zaman vətəndaşlarının maraq və mənafeyini qoruyur” – deyə, komitə üzvü qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər